Dərc edildi: Baxış sayı: 520
Hemilton "Formula-1" tarixinin 1000-ci yarışının qalibi olub
"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton mövsümün üçüncü mərhələsinin - Çin Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, Çin Qran Prisi çərçivəsində keçirilən yarış "Formula-1" tarixinin 1000-ci yarışı olub.
Mövsümün üçüncü mərhələsində "Mersedes"in finlandiyalı pilotu Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü olublar.
Üç mərhələdən sonra 68 xalla L.Hemilton birinci yerdə, V.Bottas 62 xalla ikinci yerdə, "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen 39 xalla üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, "Formula-1"in növbəti, yəni dördüncü mərhələsi 26-28 aprel tarixlərində Bakıda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət