Slimfit
  1. CƏMİYYƏT

Həmid Herisçinin son durumu - Xanımı danışdı

Həmid Herisçinin son durumu - Xanımı danışdı
Sakura

Həmid Herisçinin son durumu - Xanımı danışdı

Özü ilə danışdım. Bu gün səsi daha yaxşı gəlir.

Ens.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza deyib.

O, Həmid Herisçinin qızılcaya yoluxduğunu və ciddi həkim nəzarətində olduğunu bildirib:

“Hazırda Məhəmmədi kəndindəki modul tipli xəstəxanadadır. Danışarkən xəstəxanaya getdiyinin yaxşı qərar olduğunu dedi. Çünki evdəki müalicələri effekt vermirdi. Əksinə daha da pisləşmişdi. Vəziyyəti çox pis idi. Ona görə də çox təlaşlanmışdım. Bir həftə olar ki, Həmid bəy yüksək qızdırmadan əziyyət çəkir. Biz bunu qrip bilirdik, lakin qızılca imiş. Evdə özümüz onu müalicə edirdik. Etdiyimiz müalicə doğru olsa da, tam deyildi. Xəstəxanada daha intensiv müalicə alır”.

İlhamiyyə Rza həyəcanının azaldığını və sakitləşdiyini vurğulayıb:

“İnanıram ki, həyat yoldaşım əmin əllərdədir. Ona xüsusi qayğı göstərirlər. Həmid dedi ki, xəstəxanada hamı üçün şərait, diqqət yüksək səviyyədədir. Və mənə “əmin ol, əmin əllərdəyəm” dedi. Dünən yaxşı deyildi, çox şükür, bu gün yaxşıya doğru irəliləyiş var. Bu da sevindiricidir”.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.

Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR