Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır
“Mənə bildiriblər ki, Gədəbəyin Slavyanka kəndində iki bulaq var – Yuxarı və Aşağı Narzan.
Gədəbəydən və digər rayonlardan olan kəndlilər buraya müalicəvi su üçün gəlirlər.
Heç bir maneə yoxdur: yaxınlaş, sudan nə qədər istəyirsən götür. Yerli restoranlar bu suyu pulsuz götürürlər, sonra isə müştərilərə satırlar. Lakin iş onlarda deyil.
Məsələ bura gələn insanlardadır.
Biz Yuxarı Narzan bulağında olduq. Mənə görə, orada əsl ekoloji fəlakətdir.
Videoya baxın, fotoya baxın. Əfsuslar olsun ki, nə foto, nə də video fəlakətin əsl miqyasını göstərmir.
Əgər dostluğunuzda ETSN əməkdaşları varsa, onlara göstərin. Bu bulaqları xilas etmək lazımdır. Ərazini belə çirkləndirməyi bacaran yerli sakinlərin, bizim insanların əlindən”, - blogger yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət