Slimfit
  1. DÜNYA

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb
Sakura

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb

İsrailin cənubundakı Tel Şeva bədəvi qəsəbəsində aprelin 1-nə keçən gecə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı (adı açıqlanmır) saxlanılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,o, terror təşkilatı ilə əlaqədə olmaqda və terrorizmə təhrik etməkdə şübhəli bilinir.

İsmayıl Haniyənin 57 yaşlı bacısının tutulması üçün keçirilən əməliyyat “Sübh tezdən” kod adı alıb. Onun evinə baxış zamanı sənədlər, mobil telefonlar, şekel və xarici valyutalar şəklində külli miqdarda vəsait aşkar edilib. Qadın sorğu-sual üçün Negevdəki mərkəzi polis qərargahına aparılıb.

Gün ərzində o, Beer-Şeva məhkəməsinə aparılacaq.

Mənbə: Vesty.co.il

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR