Dərc edildi: Baxış sayı: 324
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
HƏMAS girovları azad etmək üçün İsraillə şərti razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Məlumatda bildirilir ki, HƏMAS Qəzzada saxlanılan təxminən 240 əcnəbi və israillidən ən azı 50 qadın və uşağı azad edə bilər.
Bunun müqabilində hərəkat hərbi əməliyyatlara 3-5 günlük fasilə verilməsini, Qəzza zolağına humanitar yardımın artırılmasını və münaqişə zamanı İsrail həbsxanalarında saxlanılan bir sıra qadın və uşaqların azad edilməsini tələb edir.
Nəşrin məlumatına görə, İsrail bu təklifi nəzərdən keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət