Dərc edildi: Baxış sayı: 340
HƏMAS İsraillə atəşkəsi uzatmaq istədiyini açıqlayıb
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında İsraillə atəşkəsi uzatmaq istəyir və buna nail olmaq üçün bütün sövdələşmə imkanlarından istifadə edir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd məlumat verib.
“Biz əlimizdə olan “kozır”lardan istifadə edərək, təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq”, - deyə Həməd bildirib.
“Biz hərtərəfli və ya qismən saziş bağlamağa hazırıq. Hərtərəfli saziş bütün fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində hərbçilərin (girovların) azad edilməsinə və ya qismən (razılaşma) mülki şəxslərə aid ola bilər”, - deyə Həməd əlavə edib.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət