Dərc edildi: Baxış sayı: 232
HƏMAS girovları bu şərtlə azad etməyə hazırdır
HƏMAS Qəzza zolağında girovların azad edilməsi ilə bağlı yeni sazişi müzakirə etməyə hazırdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Misir rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS hərbi əməliyyatlarda əhəmiyyətli fasilə müqabilində girovların bir qismini azad etməyə hazırdır:
“Bu təşəbbüs HƏMAS-ın mövqeyindəki əhəmiyyətli dəyişikliyi göstərir”.
Qeyd olunur ki, HƏMAS həftələrdir israr edir ki, girovlarla bağlı danışıqları yalnız anklavda münaqişəyə son qoyacaq hərtərəfli razılaşmanın bir hissəsi kimi aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət