Dərc edildi: Baxış sayı: 194
HƏMAS bu ölkələrdən Qəzzada atəşkəslə bağlı yardım istədi
HƏMAS hərəkatı Rusiya, Əlcəzair və Çinə müraciət edərək Qəzza zolağında vəziyyətin nizamlanması və İsraillə atəşkəslə bağlı razılığın əldə olunması üçün yardım istəyib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu barədə təşkilatın Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
“Biz Rusiya, Çin və Əlcəzairdən Qəzzaya hücumu dayandırmaq üçün səy göstərmələrini xahiş etdik. HƏMAS nümayəndələrinin Moskvaya səfəri Fələstin anklavına qarşı təcavüzün dayandırılması səyləri çərçivəsində baş verir”, - o bildirib.
O qeyd edib ki, vasitəçilər İsraillə danışıqlarda hərəkata dialoqun inkişafı üçün imkanlar olduğunu bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət