Slimfit
  1. MARAQLI

Hələ də çəki ata bilmirsinizsə, demək ki, bu 10 yanlışınız var...

Hələ də çəki ata bilmirsinizsə, demək ki, bu 10 yanlışınız var...
Sakura

Hələ də çəki ata bilmirsinizsə, demək ki, bu 10 yanlışınız var...

İdman zalında çox zaman sərf etməyinizə və qidalanmağınıza diqqət etməyinizə baxmayaraq hələ də çəki ata bilmirsinizsə, demək ki, bir yerdə nəsə yanlış var. Məhz buna görə aşağıdakı yanlışları nəzərə alaraq çəki atma üsulunuzu yenidən nəzərdən keçirin.
 
1. Yemək saatlarını ötürmək
 
Dieatada olarkən əvvəldən planlaşdırdığınız yemək saatlarına düzgün şəkildə riayət etmək bəzi hallarda-məsələn, hər hansısa bir işlə məşğul olarkən mümkün olmaya bilər. Bəzi hallarda yemək saatlarınızdan birini ötürdüyünüzə görə daha çox çəkidən qurtulacağınızı düşünə bilərsiz. Lakin bilməli olduğunuz ən əsas məqamlardan biri budur ki, yemək saatını ötürdükdə təziqiniz aşağı düşür. Bu isə öz növbəsində bədənin şirniyyata olan tələbini artdırır və sizə ac olduğunuzu hiss etdirir. Bundan əlavə, az və tez-tez yemək maddələr mübadiləsinin davamlı şəkildə işləməsini təmin edəcəkdir. Bu zaman bədəniniz istehlak etdiyiniz bütün qidaları həzm etməyə çalışacaq və maddələr mübadiləsi sürətlənəcəkdir. Araşdırmalar göstərir ki, səhər yeməyi yeməyənlər günün digər saatlarında daha çox kalori alırlar.
 
2. Günlük yaşam qaydalarını dəyişməmək
 
Hər hansısa bir pəhrizə başlayarkən qarşıdakı məqsədiniz sadəcə hal-hazırkı artıq çəkilərinizdən qurtulmaq olmasın. Pəhrizinizə başlayarkən sırf arıqlamağı deyil, sağlam şəkildə qidanlanmağı hədəf olaraq götürün. Belə olan halda, siz artıq çəkilərdən qurtulduqdan sonra yeni şəkinizi qorumaqda daha uğurlu olacaqsınız.
 
3. Dietadan kənara çıxmalara diqqət etməmək
 
Belə ki, dietada olarkən ad günündə yediyiniz tort, günlük yediyiniz fıstıq sayına diqqət etmədən artırmaq sizə artıq çəki olaraq qayıdacaq. Buna görə də dəqiq pəhriz qaydaları müəyənləşdirin. Həftə ərzində nə yeyib-içdiyinizi dəqiq olaraq qeyd edin və həftə bitdikdə artıq çəkidən qurtula bilməmə səbəbinizi öyrənmiş olacaqsınız.
 
4. Bəzi qidaları həyatınızdan birdəfəlik çıxarmaq
 
Bildiyimiz kimi, şokolad, şirniyyat yüksək kalorili qidalardır. Bununla belə, onları qəbul etmə səviyyəsini heçə endirmək, onları görməzdən gəlməyə çalışmaq doğru deyil. Çox güman ki, bu dieatanızı daha əziyyətli hala çevirməkdən başqa işə yaramayacaq. Bu kimi kalorili qidaları daha az qəbul etməyə çalışın və sevdiyiniz qidalardan yemə haqqını özünüzə vermiş olun.
 
5. Məşq etməmək
 
Təbii ki, məşq etmədən də artıq çəkidən qurtulmaq mümkündür. Lakin maddələr mübadiləsinin sürətləndirilməsi, arıqlama prosesisinin rahatlaşdırılması baxımından gündə heç olmasa 25-30 dəq templi yeriməyə çalışın.
 
6. Hər gün çəki ölçmək
 
Təbii haldır ki, tərəziyə çıxarkən arıqladığınızı görmək sizdə həvəsin artmasına səbəb olur. Lakin bunu hər gün etdikdə arıqlama tempinizdən narazı qalmalar baş verəcəkdir. Məhz buna görə də həftədə 1 dəfə və paltarsız şəkildə çəkinizi ölçməniz daha çox məsləhət görülür. Unutmayın ki, qadınlarda aybaşı vaxtlarında bədən su yığmağa (ödəm) başlayır və bu zaman tərəzidə normal çəkinizdən 0.5-2 kq kimi çox görünə bilərsiz. Buna yalançı çəki deyilir və əsasən periodun 4-cü günündən etibarən o çəki yox olmağa başlayır. Bunun sizi həvəsdən düşürməsinə imkan verməyin.
 
7. “Light”-az kalorili qidalardan limitsiz istifadə
 
Bəzən insanlarda belə düşüncə formalaşır ki, əgər qida az kalorilidirsə, ondan istənilən qədər istifadə etmək olar. Lakin unutmaq olmaz ki, həddən artıq istifadə sizə artıq çəki olaraq qayıdacaqdır.
 
8. İçkilərdəki kaloriləri nəzərə almamaq
 
Pəhrizin yanında içdiyiniz içkilər - qazlı sular, meyvə şirələri və s. də miqdarını nəzərət edin.
 
9. Pors miqdarı
 
Dietaya başlayanda pors miqdarlarını diqqətlə ölçün. Çox zaman ilk 2-3 həftədə buna diqqət verilsə də, sonrakı günlərdə artıq şəxs bu miqdarları əzbər bildiyini düşünərək artıq ölçməməyə başlayır və bilmədən  porsun miqdarını artıra bilir. Bunun qarşısını almaq üçün marketdən alış-veriş edərkən sırf sizə lazım olan miqdarda qida alın.
 
10. Dəbdə olan dietaları etməyə çalışmaq
 
Çox vaxt bu dietalar müəyyən qida qrupunu  proqramdan çıxarmaqla bağlı olduğundan bunlara riayət etmək və uğur qazanmaq çətindir. Sağlamlıq baxımından da adekvat və balanslı qidalanma təmin edə bilmədikləri üçün böyük problemlər yarada bilər. Məhz buna görə də dietaya başlayarkən yaşınız, cinsiniz, sağlaqmlıq vəziyyətiniz, çəkiniz mütləq nəzərə alınmalıdır. Bunun üçün professional həkim yardımı almağınız məsləhət görülür.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR