Slimfit
  1. DÜNYA

Həkimlərin `yaşamayacaq` dediyi daun sindromlu qız dünya podiumlarında

Həkimlərin `yaşamayacaq` dediyi daun sindromlu qız dünya podiumlarında
Sakura

Həkimlərin `yaşamayacaq` dediyi daun sindromlu qız dünya podiumlarında

Rozan Stüart öz qızı Madlenlə 2015-ci ildə Avstraliyanın Brisben şəhərində illik dəb paradında iştirak etməyini yada salır. Qlamur modellərin dəb nümayişi zamanı danışığında qüsur olan Madlenin anasına dönərək model olmaq istədiyini başa salır.

46 yaşı olan Stüart öz qızının oğlansayağı olduğunu deyir. “O, əyninə bir cür leqins geyib, oğlanlarla futbol oynamağı üstün tutardı” deyə Rozan deyir. Lakin o, qızını dəstəkləyib.

Dörd il sonra, indi 21 yaşı olan Madlen Nyu York Moda həftəsində iştrak edən ilk daun sindromlu model olub. London, Paris və Dubay kimi şəhərlərdə keçdiyi podiumlarda 60-a yaxın çıxış edən Madlenə bu əlilliyi maneə törətməyib.

Madlenin anası deyir ki, onun podiumda ilk çıxışı zamanı zalda oturanların hamısı onu qiymətləndirib. Bu, ilk dəfə idi ki, onu hamı kimi qəbul edirdilər.

Madlen bu il də gündəmdədir. O yenicə Nyu York və London Moda Həftələrində yeddi məşhur dizayner üçün podiumda geyim nümayiş etdirib.

Dəb aləmi ağdərili və arıq modellər stereotipindən uzaqlaşaraq, qeyri-ənənəvi modellərə üstünlük verməyə başlayıb. Məşhur jurnallardan tutmuş dizaynerlərə qədər irqi, bədən ölçüləri və qabiliyyətləri müxtəlif olan qadınları işə götürürlər.

Stüart dəb dünyasında dəyişikliklərin olduğunu söyləyir. Bir çox modellər kimi Madlen günü səhər sağlam yeməklə başlayır, sonra geyinəcəyi paltarları seçərək, dəb nümayişinə hazırlaşır.

Nümayişlər arası o öz dostları və özü kimi əlil sevgilisi ilə video vasitəsilə söhbət edir. O, sevgilisi ilə Avstraliyada 4 il əvvəl keçirilən Olimpiya oyunları zamanı tanış olub.

Madlen doğulduğu zaman həkimlər onda Daun sindromunun olduğunu və onun 7 yaşına çatmamaq ehtimalı olduğunu bildiriblər. Tikinti inspektoru və qızının meneceri olan ana qızına normal yaşamaq üçün hər şey edəcəyini özünə söz verib.

​Stüart deyir ki, Daun sindromlu insanların çoxunun "güclü iradəyə sahib olduğunu və çox da tərs olduqlarını" söyləyir. O deyir ki, əgər Madlen dəb nümayişinə çıxmaq istəməsəydi, o sadəcə podiumun bir kənarında oturub heç kimlə danışmazdı. Madlenin anası bəzi tənqidçilərin onun "öz qızını məcburən model edib, podiuma çıxardığını" dediyini bildirir. Lakin o bunu söyləyənlərin Daun sindromu haqda heç bir anlayışı olmadığını deyir.

 

Mənbə: Amerikanınsəsi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR