Dərc edildi: Baxış sayı: 1095
Həkimlərdən xəbərdarlıq: uşaqlarda bu görmə pozulması 12 yaşa qədər müalicə olunmalıdır
Göz həkimləri Uzman Dr. Şahin Novruzlu və Drş Rəhimə Poluxova bu barədə valideynləri diqqətli olmağa çağırırlar. Göz tənbəlliyinin ortaya çıxmasında biz göz həkimləri qədər valideynlərin də rolu böyükdür.
Onların sözlərinə görə, stastik olaraq hər 100 uşaqdan üçündə göz tənbəlliyi rastlanır. Göz tənbəlliyi nə qədər erkən aşkarlanarsa müalicəsi də bir o qədər uğurlu olur. Çünki müxtəlif elmi araşdırmalarda tənbəlliyin qalıcı müalicəsinin 10-12 yaşa qədər mümkün olduğu və müalicəyə nə qədər erkən yaşlarda başlanarsa nəticənin də o qədər effektli olduğu göstərilmişdir. Bunun üçün də uşaqların gözlərində gözlə görünən bir patologiya olmasa bele oftalmoloq müayinəsindən keçməlidirlər.
Həkimlər bidliriblər ki, ilk göz müayinəsi 6 ay-1 yaş arası olunmalıdır, əgər gözlərdə hər hansı bir qüsur aşkarlanmazsa 3-5 yaş arası və 7 yaşında təkrar göz muayinəsi lazımdır. Ambliopiya görüntünün gözdən beyinə tam şəffaf ötürülməməsi nəticəsində yaranır. Hər iki gözdən gələn görüntü beyində görmə mərkəzində birləşir. Hər hansı bir səbəblə bir gözdən beyinə gedən görüntü daha zəif olarsa həmin göz tənbəl qalır, digər gözün isə görmə mərkəzi normal inkişaf edir.
Tənbəllik daha çox tək tərəfli olur, bəzi xəstəliklərdə isə hər iki göz də tənbəl qala bilir. Vaxtında eynək ehtiyacı təmin olunmayan tənbəl gözlər anatomik olaraq tam normal olur. Bu səbəblə də valideynlər tərəfindən hiss olunmur və müayinə ehtiyacı olduğu göz ardı edilir. Nəticə olaraq gözündə heç bir problem olmadığını düşündüyünüz gözlər belə tənbəl qala bilir. Tənbəlliyin günümüzdə düzgün eynəklə, qapama və pleoptik müalicə ilə aradan qaldırılması mümkündür.

Mənbə: Azvsion.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət