Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlərdən xəbərdarlıq: “Pirsinq çox təhlükəlidir”

Həkimlərdən xəbərdarlıq: “Pirsinq çox təhlükəlidir”
Sakura

Həkimlərdən xəbərdarlıq: “Pirsinq çox təhlükəlidir”

Bir çox hallarda pirsinq infeksiya, allergiya və zədələrə səbəb olur.

BAKU.WS  xəbər verir ki, bir sıra dünya həkimləri pirsinqin təhlükəli olduğunu qeyd edirlər. Çünki bəzən pirsinq güclü qanaxma, herpes, iltihaba səbəb olur.

Dərini gözəllik üçün deşmək min illərdir təcrübə edilir. Misir fironları, romalı legionerlər, orta əsr dənizçiləri, mayalılar, kral ailəsinin üzvləri də bunu ediblər. Sivil dünyada isə pirsinq üçün sadəcə qulağı deşir və sırğa asırdılar. 1980-ci illərdə ABŞ-ın marjinal cəmiyyətlərində bədənin digər üzvlərinə də pirsinq taxmaq populyarlıq qazandı. Son on ildə isə bu dəb bütün dünyada yayılmağa başladı.

Pirsinqi əsasən gözəllik salonlarında edirlər və bir çox hallarda bu salonlar tibbə aidiyyatı olmayan salonlardır. Əgər gigiyena və aseptik qaydalara rayət edilsə, adi üsuldur. Amma tez-tez fəsadlar barədə xəbərlər yayılır. Bir qayda olaraq deşilən yerin iltihabı ilə həkimə müraciət edilir.

Rusiyalı professor, tibb elmləri üzrə doktor İrina Korsunskaya məsələ ilə bağlı deyib:

“Bu, adi bakteriya infeksiyasıdır. Salonlarda steril edilməmiş alətlərlə işləyəndə üzə çıxır. Bunu müalicə etmək olur və xüsusi problem yaranmır. Amma bəzək əşyasının hansı metaldan hazırlandığını bilməyəndə ciddi fəsadlar yaranır. Pirsinq etmədən əvvəl allergiyaya səbəb olub-olmayacağını öyrənmək lazımdır. Bəzən metal əşyaların bədənə yeridilməsi toksik reaksiyaya səbəb olur və dəridə dəyişikliklər üzə çıxır.

Bir çoxları düşünür ki, qızıl və gümüş infeksiyaya qarşı qoruyur. Amma mütəxəssislər bunun belə olmadığını deyir.

Bahalı metaldan olan bəzək əşyalarını dezinfeksiya etmək lazımdır. Əgər bu metalları dezinfeksiya etməsək, zağlanır. İnsanlar düşünürlər ki, pirsinqi gümüşdəndir. Amma adi metaldır və reaksiya başlayır, zərərli maddələr orqanizmə düşür”.

Dodaq, dil pirsinqi bəzən bir və ya bir neçə dişin itirilməsinə, damaq iltihabına səbəb olur. Stomatoloqlar bunu çoxdan bəyan ediblər. Müntəzəm olaraq metal bəzək gəzdirmək dişi və damağı qıcıqlandırır.

Həkimlər dilin deşilməsinin əleyhinədirlər. Çünki bu, angina və nəfəsalma probleminə səbəb ola bilər. Bundan başqa güclü qanaxma da baş verə bilər.

Alimlər bildirirlər ki, pirsinq eyni zamanda B, C hepatit və hətta QİÇS viruslarının yayılmasına səbəb ola bilər.

Bu, əsasən də cinsiyyət orqanlarına taxılan pirsinqlərdə baş verə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR