Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlər uşaqlarda koronavirusun aşkar olmayan simptomlarını açıqlayıblar

Həkimlər uşaqlarda koronavirusun aşkar olmayan simptomlarını açıqlayıblar
Sakura

Həkimlər uşaqlarda koronavirusun aşkar olmayan simptomlarını açıqlayıblar

Onların gözdən yayınması asandır.

Ens.az bildirir ki, həkimlərin dediyinə görə, uşaqlar koronavirus üçün ən aşağı risk qrupuna aiddirlər. Uşaqlar COVID-19-u tez-tez simptomsuz keçirirlər, lakin onlar infeksiyanın daşıyıcısı ola bilərlər. Uşaqların ümumiyyətlə yoluxmadığına inanmaq düzgün olmaz. Bununla bağlı statistikalar nə qədər təsəlliverici olsa da, uşaqlar çox ciddi şəkildə xəstələnə bilərlər. Buna görə, mümkün simptomları tez bilmək lazımdır ki, həkimə vaxtında müraciət olunsun.

Koronavirus infeksiyasının ən çox yayılmış və ilk əlamətləri yüksək hərarət, quru öskürək və təngnəfəslikdir. Bu simptomlar hər kəsdə, uşaqlarda və böyüklərdə özünü göstərir. Digərləri də var:

- susuzlaşma: uşaq göz yaşısız ağlayırsa və ya 8-12 saat ərzində kiçik bayıra getmirsə ;

- yuxuculluq və donuqluq: körpə qəflətən donuq olur, həmişə yatmağa çalışır, bu, ümumiyyətlə onun üçün qeyri-adi haldır;

- ishal və qusma: Çində xəstə uşaqlar arasında belə simptomlar da qeydə alınmışdı;

- ayaqları üzərində səpişik: bu simptomu İspaniya, İtaliya və Fransada pediatrlarlar qeydə alıblar. Uşaqlarda və yeniyetmələrdə, ayaq barmaqlarında, eləcə də ayaqda, barmaqların dibinə yaxın olan yerlərdə bənövşəyi rəngli səpkilər meydana gəlmişdi. Bu səpkilər suçiçəyi və ya qızılcaya çox oxşayır və sağaldıqdan sonra dəridə iz buraxmadan yox olur.

 

Mənbə: www.wday.ru/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR