Dərc edildi: Baxış sayı: 666
Həkimlər qışa ciddi hazırlaşır - Yaqut Qarayeva
Pandemiya fövqəladə vəziyyət hesab olunur və heç bir ölkənin səhiyyə sistemi bu şəraitə hazır ola bilməz.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Pandemiya zamanı bütün səhiyyə sistemi bu işə səfərbər olunurlar. Ölkəmizdə pandemiya dövründə bütün şəhər və rayonlarımızda həkimlərə təlimlər keçirilib. Hazırda da təlimlərimiz davam edir. Payız-qış mövsümünə ciddi hazırlaşırıq. Bəzi pandemiya xəstəxanalarımız bağlanıb və qış mövsümünə hazırlaşırlar. Ümumiyyətlə, bu istiqamətdə bütün zəruri işlər görülür", - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət