Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlər hamıya çiyələk yeməyi məsləhət görürlər

Həkimlər hamıya çiyələk yeməyi məsləhət görürlər
Sakura

Həkimlər hamıya çiyələk yeməyi məsləhət görürlər

Beynəlxalq tibb ictimaiyyəti müəyyən edib ki, çiyələk də bir çox giləmeyvə kimi ürək-damar və xərçəng xəstəlikləri riskini aşağı salır, xolesterinin və qanda qlükozanın səviyyəsini nəzarətdə saxlayır.

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, böyük miqyaslı elmi araşdırmalar göstərir ki, çiyələk qanın antioksidant statusunu, iltihab proseslərini, xolesterinin zərərli oksidləşməsini azaldır. Bununla birlikdə, giləmeyvə yemək qanda lipid profilini və onun antioksidant statusunu artırır.

Elmi qida eksperimenti zamankönüllülərdən 4-12 həftə ərzində çiyələkdən istifadənin miqdarını artırmaq xahiş olunub.

İştirakçıların qanının laboratoriya analizi iltihablı proseslərin azaldığını, pis xolesterin səviyyəsinin aşağı düşdüyünü, daha yaxşı qlükoza alınmasını göstərib.

Həkimlər, həmçinin metabolik sindromun qarşısının alınmasında və ikinci növ diabetdə giləmeyvənin faydalarınını fərqini hiss ediblər. Sübut olunub ki, müntəzəm çiyələk yeməklə qaraciyər şişi və ağız boşluğu xərçənginin artımı azalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR