Slimfit
  1. ELM

Həkimlər gələcək analar üçün ən təhlükəli iki məhsulu açıqladılar

Həkimlər gələcək analar üçün ən təhlükəli iki məhsulu açıqladılar
Sakura

Həkimlər gələcək analar üçün ən təhlükəli iki məhsulu açıqladılar

Ens.az xəbər verir ki, Natanda (Avstraliya) yerləşən Qriffit Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəldilər ki, hamilə qadınlar rasionunda tərkibində yüksək miqdarda linol turşusu və digər doymamış yağlar olan məhsullardan qaçmalıdırlar.

Alimlər laboratoriya siçovullarının iştirakı ilə eksperiment keçiriblər: hamilə dişi siçovullara omeqa-6 yağ turşusu tərkibli məhsullarla qidalandırıblar.

Belə rasionu olan heyvanlarda iltihabi proseslərin inkişafıni bildirən molekulların miqdarı artdı. Buna baxmayaraq çəki artımı və metabolik pozğunluqlar qeydə alınmadı. Amma dişilərdə hamiləliyin sona çatmasına təhrik edən hormon səviyyəsi qalxdı, halbuki döldə inkişaf hormonlarının miqdarı azaldı.

Eksperimentin müəllifləri qeyd edirlər ki, hamilə siçovullara təklif olunan qidalanma sxemi qərb ölkələrində yayılmışdır - bu da o deməkdir ki, güman etmək olar ki, doymamış yağların bolluğu hamilə qadınlara analoji şəkildə mənfi təsir göstərir.

Qorxunc doymamış yağlar əsasən çips və mayonezdə bol olur.

Alimlərin bu sınağı barədə hesabat Journal of Physiology-də dərc olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR