Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlər ən təhlükəli plastik əməliyyatı göstərdilər

Həkimlər ən təhlükəli plastik əməliyyatı göstərdilər
Sakura

Həkimlər ən təhlükəli plastik əməliyyatı göstərdilər

Statistikaya görə budların dartılması ən təhlükəli plastik əməliyyatdır

Son zamanlar plastik cərrahiyyə daha geniş yayılıb və əlçatan olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda plastik cərrahiyyədən təkcə üz və bədən zədələrinin düzəldilməsi məqsədilə deyil, eyni zamanda xarici görünüşün dəyişdirilməsi üçün də istifadə edilir.

Mütəxəssislərə görə, bəzi plastik cərrahiyyə əməliyyatları ölümlə nəticələnə bilər. Məsələn, budların dartılması əməliyyatına son zamanlar daha çox üstünlük verilir.

Bu əməliyyatın daha təhlükəli olması barədə Mayamidə bir pasientin ölümündən sonra danışmağa başlayıblar.

Statistikaya görə budların dartılması ən təhlükəli plastik əməliyyatdır. 2017-ci ilin məlumatına görə, 700-ə yaxın plastik cərrah budların dartılması zamanı 32 ölüm və 103 ağırlaşma halının qeydə alındığını bildirib.

Budların dartılması əməliyyatı zamanı bədənin müxtəlif yerlərindən götürülmüş yağ budlara vurulur. Yanlış transplantasiya yağ emboliyasına səbəb ola bilər. Yəni, qan damarları yağla tıxana bilər. Yağ emboliyasının nəticələri ölümcül ola bilər. Belə ki, pulmonar kapilyarların tıxanması kəskin tənəffüs çatışmazlığına səbəb ola, beynin damarlarında qan axınının pozulması və iflic baş verə bilər.

Əməliyyat zamanı yağın yeridilməsi yeri və texnikası deyil, miqdarı vacibdir. Cərrahların çoxu 300 milliqrama qədər yağ ölçüsünü təhlükəsiz hesab edir.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR