Slimfit
  1. ELM

Həkimlər ata olmaq üçün optimal yaşı açıqladılar

Həkimlər ata olmaq üçün optimal yaşı açıqladılar
Sakura

Həkimlər ata olmaq üçün optimal yaşı açıqladılar

Ens.az bildirir ki, alimlərin fikrincə kişilər 35 yaşına qədər ata olmalıdırlar. Bu nəticəyə Ratger Universitetinin yanında qadın sağlamlığı İnstitutunun amerikalı alimləri gəliblər. Mütəxəssislərin fikrincə, bu yaşdan sonra övladlarda psixi xəstəliklərin inkişafı riski artır.

Bundan başqa, həkimlər qeyd edirlər ki, 45 yaşdan sonra yeni doğulmuş körpələrdə anadangəlmə inkişaf qüsurları riski əhəmiyyətli dərəcədə artır.

Mütəxəssislərin fikrincə, hamiləliyin planlaşdırılması zamanı kişinin yaşı qadının yaşından daha vacibdir.

Tədqiqatçılar özlərinin elmi araşdırması zamanı 10 il ərzində 40 milyon uşağın məlumatlarını təhlil edərkən atanın yaşına və hamiləlik dövründə həm uşaqlarda, həm də qadınlardakı ağırlaşmalara diqqət yetiriblər. Aydın olub ki, kişilərin yaşı çox olduqca hamilə qadınlarda preklampsiya, gestasion diabet və hətta vaxtından əvvəl doğuşun inkişafı riski yüksək olur.

Çox vaxt problemlər kişilərin 45-dən çox kişilərin yaşının 45-dən çox olduğu halda müşahidə edilirdi. Qadının yaşının az olması belə bundan müdafiə etmirdi.

Bundan başqa, daha çox yaşı olan ataların uşaqları tez-tez yüksək qıcolma riski və doğuş zamanı az bədən çəkisi ilə rastlaşırdılar, tez-tez yeni doğulmuşların intensiv terapiya şöbəsinə düşürdülər.

Həmçinin atanın yaşı anadangəlmə defektlər, ürək xəstəliyi, uşaqlıqda xərçəng, psixi və əsəb sistemi pozğunluğu - autizm, şizofreniya, obsessiv-kompulsiv pozğunluqlar kimi risklərlə bağlı idi. Psixi problemlər 35-dən çox yaşı olan ataların uşaqlarında da rast gəlinirdi.

Alimlər qeyd edirlər ki, hər şey spermanın keyfiyyəti və yaşlandıqa onun azalması ilə əlaqədardır, amma bu məsələni hələ də çox öyrənmək lazımdır. Statistikaya görə yaşı çox olan kişilərin uşaqları böyük ehtimalla şizofreniya xəstəliyinə məruz qalırlar - 25 yaşınadək atalardan olan 141 uşaqdan biri və 50-dən çox yaşı olan atalardan 47 uşaqdan biri. Uşağın autizm riski kişilərin yaşının 30 olmasından sonra artmağa başlayır, 40 yaşından sonra risk azalır və 50 yaşından sonra yenilənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR