Dərc edildi: Baxış sayı: 483
Həkimi virus haqda həqiqəti deməyə görə polisə çağırıblar
Çin hökuməti koronavirus haqda çox informasiya paylaşılmasının əleyhinədir. Buna görə ayrı-ayrı adamların cəzalanması da mümkündür.
Bizimyol.info xəbər verir ki, virusun episentri sayılan Vuhanda həqiqəti deyən həkimi polisə çağırıblar. Bu haqda “The New York Times” məlumat yayıb. ABŞ nəşrinin yazdığına görə, Vuhanda yaşayan oftalmoloq hələ keçən ilin sonlarında çatda yaxınlarına xəstəxanaya qəribə infeksiya ilə 7 nəfərin gəldiyini yazıb. Bundan sonra Li Venlyanı polisə çağırıblar. Onu yalan məlumat yaymaqda ittiham ediblər.
Həkim üç gün polis şöbəsində saxlanılıb. Bundan sonra Venlyan yazdıqlarını təkzib etməyə məcbur olub.
Oftalmoloq işinə davam etsə də, başı çox ağrıyıb. Hətta Çin Səhiyyə Nazirliyinin nümayəndələrinə də cavab vermək məcburiyyətində qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət