Slimfit
  1. CƏMİYYƏT

Həkimdən xəbərdarlıq: “Qaydalara əməl edilməsə, karantinin sərtləşdirilməsi qaçılmaz olacaq”

Həkimdən xəbərdarlıq: “Qaydalara əməl edilməsə, karantinin sərtləşdirilməsi qaçılmaz olacaq”
Sakura

Həkimdən xəbərdarlıq: “Qaydalara əməl edilməsə, karantinin sərtləşdirilməsi qaçılmaz olacaq”

“Hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxma və ölüm halları günü-gündən artır. Bu da insanların qaydalara ciddi yanaşmamaları və vaksinasiya prosesində fəal iştirak etməmələri ilə bağlıdır”.

Ens.Az-ın məlumatına əsasən,bunu “Report”a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib.

O qeyd edib ki, son zamanlar Türkiyədə yoluxma və ölüm halları sürətlə artır. Həkim xatırladıb ki, qardaş ölkədə gündəlik yoluxma 60 mindən, ölüm halları isə 300-dən çoxdur: “Bu səbəbdən bəzi ərazilərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Əgər Azərbaycanda da yoluxma və ölüm sayında artım müşahidə olunsa, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər. Ona görə də vətəndaşlara müraciət edirəm ki, hər kəs vaksinasiya olunsun, qoyulan qayadalara ciddi yanaşılsın, qoruyucu maskalardan mütəmadi istifadə edilsin. Əgər hər hansı xəstəliyin peyvəndi mövcuddursa, bu sevindirici haldır. Hazırda Ramazan ayıdır. Yaxşı olardı ki, insanlar iftar süfrələrini öz evlərində yalnız ailə üzvlərinin iştirakı ilə açsınlar. Qaydalara ciddi riayət edilərsə, yoluxma sayında azalma olar və sərt karantin rejiminə keçidə ehtiyac qalmaz”.

Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 301 661 nəfər virusa yoluxub. Onlardan 265 539 nəfər sağalıb. Virusdan ümumi ölüm halı isə 4 169 nəfər təşkil edib. Hazırda 31 953 aktiv COVID-19 xəstəsi var.

Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 337 380, birinci mərhələ üzrə peyvənd olunanların sayı 889 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 448 148 nəfər təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR