Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkim: “Peyvəndin ikinci dozasını vurulması bu şəxslərin öz seçimi olmalıdır”

Həkim: “Peyvəndin ikinci dozasını vurulması bu şəxslərin öz seçimi olmalıdır”
Sakura

Həkim: “Peyvəndin ikinci dozasını vurulması bu şəxslərin öz seçimi olmalıdır”

Peyvəndin birinci dozasından sonra koronavirusa yoluxan şəxslərə ikinci dozanın vurulub-vurulmaması vətəndaşların öz şəxsi seçimi əsasında olsa, daha doğru olar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib. O bildirib ki, virusa yoluxan hər kəsdə antitellər yaranmaya bilər:

“Koronavirusa yoluxan hər şəxsdə immunoqlobulinlərin, yəni anticisimlərin formalaşması yüzdə yüz deyil. Bəzi şəxslər virusa yoluxurlar, amma onlarda anticisim formalaşmır. Buna görə hesab edirəm ki, birinci dozadan sonra koronavirusa yoluxan şəxslərə ikinci doza vurulmamışdan əvvəl immunoqlobulinlərin səviyyəsi yoxlansa, daha yaxşı olar. İmmunoqlobulin yüksək olarsa, ikinci dozasının vurulmasının heç bir ziyanı yoxdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR