Slimfit
  1. CƏMİYYƏT

Həkim Ədalət Abdullayev: “Koronavirusdan ölən həkimlərə şəhid statusu verilməlidir”

Həkim Ədalət Abdullayev: “Koronavirusdan ölən həkimlərə şəhid statusu verilməlidir”
Sakura

Həkim Ədalət Abdullayev: “Koronavirusdan ölən həkimlərə şəhid statusu verilməlidir”

Neftçilər Mərkəzi Xəstəxanasının şöbə müdiri, həkim-pulmonoloq Ədalət Abdullayev hesab edir ki, koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkimlərə şəhid statusu verilməlidir.

“Bu müddət ərzində doğmalarından uzaq olan bütün həkimlərimiz böyük fədakarlıq etdilər. Onlar alqışa layiqdirlər! Başına nələrin gələcəyini bildiyin halda nəsə etmək qəhrəmanlıqdan da üstündür.

Düşünürəm ki, cəbhədə vətən uğrunda canını verən əsgərlər kimi bütün ölən həkimlərimiz də şəhid sayılmalıdırlar.... Həkimlərə bu status verilməlidir. Bu, ədalətli olacaq! Ümid edirəm ki, hökumətimiz onların fəaliyyətini yüksək qiymətləndirəcək. Bu, rəhmətə gedən tibb işçiləri, onların ailələri qarşısında bizim borcumuzdur”, - Ə.Abdullayev Media.Az-a müsahibəsində deyib.

O qeyd edib ki, xaricdən cəlb olunan həkimlər yalnız konsultativ xidmət göstərirlər.

“Bu gün xəstələrimizin Rusiya, Kuba, Türkiyə və Çin mütəxəssisləri tərəfindən müalicə olunduğu barədə fikirlər var. Mən buna aydınlıq gətirəcəm: onlar xəstələrlə işləmirlər, qısa məsləhətlər verməklə kifayətlənirlər. Müalicəni birbaşa mütəxəssislərimiz həyata keçirirlər”, - özü də koronavirusa yoluxan həkim bildirib.

Eyni zamanda, Ə.Abdullayev hesab edir ki, TƏBİB-in həkimlərə pnevmoniya xəstələrinə koronavirus xəstəsi kimi yanaşılmasına icazə verməsi qərarı düzgündür.

“Pandemiyanın əvvəlində yalnız test nəticəsi müsbət olan TƏBİB tərəfindən qəbul edilən protokollarda xəstəxanaya yerləşdirilmək üçün ilkin şərt hesab olunurdu. Sonradan qaydalar dəyişdi. Kompüter tomoqrafiyası və ya rentgen şüaları ilə qeydə alınan ağciyər zədələnməsi xəstənin test nəticəsini gözləmədən pandemiya xəstəxanasına aparılması üçün kifayət oldu. Bu düzgün qərar idi, çünki ağciyəri zədələnmiş xəstələrin vəziyyəti çox qısa müddətdə dəyişə bilər və ciddi tənəffüs çatışmazlığına gətirib çıxarar.

Oksigen çatışmazlığı tədricən yüksəlir, qanda oksigenin faizi müəyyən bir səviyyəyə düşür, insan huşunu itir və hətta ölür. Bunun qarşısını almaq üçün pnevmoniyalı xəstələrin hamısının xəstəxanaya getməsini tövsiyə edirəm. Sonradan onların hamısında diaqnoz PCR reaksiyasına əsaslanaraq təsdiqləndi.

Buna görə təkrar edirəm, TƏBİB həkimlərə pnevmoniya xəstələrini koronavirus xəstəsi kimi müalicə etməyə icazə vermək barədə düzgün qərar qəbul edib. Bu, indi xəstələrimizin nəzarət edilən sayda olmasına səbəb olub”, - deyə həkim qeyd edib.

 

Mənbə: Oxu.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR