Slimfit
  1. CƏMİYYƏT

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı
Sakura

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

“Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı proqnoz vermək çox çətindir”.

Ens.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, son bir neçə gündür Əməkdar artistin vəziyyətində heç bir ciddi dəyişiklik müşahidə edilmir:

“Səhər saatlarına olan məlumata görə, Bəhram Bağırzadənin vəziyyəti hələ də ağırdır. Bir neçə gündür ağır-stabil olaraq qalır. Hər hansı istiqamətdə proqnoz verməyimiz üçün çox tezdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR