Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.
Ens.Az-ın məlumatına əsasən,Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.
Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metrosunun iş rejimi iki saat uzadılacaq.
Şənbə və bazar günlərinə keçən gecələr metronun bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət