Dərc edildi: Baxış sayı: 4796
Həftənin ən çox satılan 10 bədii əsəri
Birləşmiş Ştatlarda bu həftənin ən çox satılan 10 kitabının adı bəlli olub.
Modern.az “The Sun”a istinadla bildirir ki, bədii ədəbiyyat istiqaməti üzrə satılan kitabların içərisində Jose Saramaqonun “Korluq” romanı gəlir. Kitab həftə ərzində 4 min 11 ədəd satılıb.
İkinci sırada Maykl Endenin “Momo” romanıdır. 3921 nüsxə satılan kitab müəllifinə 16 min ABŞ dollar qazandırıb.
Üçüncü sırada Albert Kamyunun “Yad” romanıdır. Kitabın ümumi satışı 3509-dur. Dördlüyü Antoni Burqesin “Süni portağal”ı tamamlayır. İlk beşliyin sonuncu kitabı isə Etqar Kerretin “Kiçik hekayələr”idir.
“10-luğu” Corc Oryolun “Heyvanıstan”ı tamamlayır. Kitab 1005 nüsxə satılıb.
Tural Turan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət