“Heç vaxt ondan şübhələnməmişdik” – Nərminin əmisi danışdı
“Nərminin atasının sinif yoldaşı idi. Bizim o adamla demək olar ki, əlaqəmiz yox idi”.
Bu sözləri Teleqraf.com-a Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib.
Onun sözlərinə sözlərinə görə, qətldə şübhəli bilinən şəxsin əqli qüsurları olub: “Bizdən 200-300 metr aralıda qalırdı o adam. Heç vaxt şübhələnməmişdik deyə evində axtarışlar da aparmamışdıq. Çox sakit adamdır, bizimlə axtarışlarda iştirak edirdi”.
Xatırladaq ki, Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanov dindirilərkən törətdiyi əməli tam etiraf edib. Bu barədə rəsmi məlumat yayılıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət