"Heç kim onun səviyyəsinə yaxınlaşa bilməyib" - Maykl Ouen
İngiltərə yığmasının və "Liverpul"un əfsanəvi hücumçusu Maykl Ouen maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, veteran futbolçu "Liverpul"da çiyin-çiyinə çıxış etdiyi Stiven Cerrarda tərif yağdırıb.
Ouen bir çox dünya ulduzu ilə komanda yoldaşı olmasına baxmayaraq, Cerrardı hamısından üstün sayır: "Pol Skoulzu izlədiyiniz zaman ağzınız açıq qalırdı. Meydanı görmə qabiliyyəti əla idi və istənilən məsafədən zərbə vura bilirdi. Frenk Lempardın bombardirlik bacarığı inanılmaz idi. Ancaq Stiven Cerrard onların hər ikisini naharda "yeyərdi". O, Lempard və Skoulzdan da üstündür. Stiv tam başqa səviyyə idi. Futbol oynadığım dövrdə heç kim onun səviyyəsinə yaxınlaşa bilməmişdi. "Liverpul", "Mançester Yunayted" və "Real"da böyük futbolçularla oynamışam. Sabah Çempionlar Liqasının finalında oynasam və tarixdən bir futbolçu seçmək imkanım olsa, Cerrarda üstünlük verərəm".
Qeyd edək ki, Ouenlə Cerrard 1996-2004-cü illərdə "Liverpul"da, 2000-2008-ci illərdə isə İngiltərə millisində birlikdə çıxış ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət