Slimfit
  1. CƏMİYYƏT

"Həbslər, kadr dəyişikliyi, istefalar... islahatların səmərəsi üçün həlledici rol oynadı" - DEPUTAT

"Həbslər, kadr dəyişikliyi, istefalar... islahatların səmərəsi üçün həlledici rol oynadı" - DEPUTAT
Sakura

"Həbslər, kadr dəyişikliyi, istefalar... islahatların səmərəsi üçün həlledici rol oynadı" - DEPUTAT

“Konstitusiyamızın 16-cı maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Lakin bir qism məmurlar, xüsusən yerlərdəki məmur korpusunun müəyyən hissəsi ana qanunumuzla və dövlət başçısının mövqeyi ilə müəyyənləşən sosial çağırışa cavab vermək iqtidarında və həvəsində deyillər”.

Ens.az xəbər verir ki,Son dövrlər həbs olunan icra başçıları ilə bağlı fikirlərini KONKRET.az-a deputat Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, köhnə bilik ehtiyatları yeni sosial yanaşmanı başa düşməyə imkan vermir, digər tərəfdən korrupsiya meylləri və sonsuz tamahkarlıq naminə özləri üçün yaratdıqları münbit şəraiti davam etdirməkdə maraqlıdırlar:

“Nəticədə ötən ilin sonundan cənab Prezident radikal tədbirlərə əl atmalı oldu, həbslər, strukturda yeniləmələr, kadr dəyişikliyi, könüllü görünən istefalar, hamısı islahatların səmərəsi üçün həlledici rol oynadı. Atılan addımlar qısa müddətdə bəhrə verdi. Təsadüfi deyil ki, eyni orqanlardan büdcə daxilolmaları yalnız idaretmənin təkmilləşçdirilməsi və şəffaflaşdırma tədbirləri sayəsində ötən ilin statistikasına münasibətdə əhəmiyyətli formada fərqlənir. Həmçinin, pandemiya inkişaf etmiş dövlətlərdə 30 faizədək iqtisadi tənəzzülə səbəb olsa da Azərbaycanda 7 ay ərzində itqisadi geriləmə heç 3 faizə çatmır. Bütün bunlar real nəticədir. Lakin son proseslər onu göstərir ki, görüləcək çox iş var. Məmur özünü müstəsna hesab edirsə, bu qədər həbslərdən sonra korrupsiya cəhdləri hələ də müşahidə olunursa, demək ki, radikal tədbirlər davam etməlidir. Görünən odur ki, elə cənab president də islahatların üfiqi və şaquili formada genişlənməsinə hələ də ehtiyac duyur, reformları məmurların düşüncəsində, vətəndaşa yanaşmasında reallşdırmaq niyyəti aydın görünür”.

Bəhruz Məhərrəmov fikrini belə tamamlayıb:

“Məmurun təfəkkürü dəyişməsə, dövlətin qarşısında ən vacib tələblərdən olan bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradılması, azad sahibkarlığa təminat verilməsi, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi kimi nüanslara nail olmaq mümkün olmayacaq. Ötən gün dövlət başçısının Biləsuvar və Saatlı rayonun yeni təyin olunan başçılarını qəbul edərkən məhz bu məsələləri qabartması ilə əslində dövlətin məhz bu yöndə yol xəritəsinin mövcudluğundan xəbər verir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR