Dərc edildi: Baxış sayı: 650
Həbs olunan başçının oğlanları yüksək vəzifə tutur
Ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu Ramin Quliyev hakimdir.
Axar.az xəbər verir ki, 41 yaşlı Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimidir.
R.Quliyev buna qədər 2001-2007-ci illərdə Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakının Suraxanı Rayon Məhkəməsində məsləhətçi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmədə məhkəmə nəzarətçisi vəzifələrində çalışıb.
2013-cü ildən hazırkı vəzifəsinə təyinat alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət