Dərc edildi: Baxış sayı: 623
Həbs olunan başçını kim əvəz edir? – Açıqlama
Bir müddət əvvəl həbs edilən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin vəzifəsini hələlik heç kim icra etmir.
Bu barədə Axar.az-a açıqlamasında başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova deyib.
“İcra başçısının vəzifəsini heç kim icra etmir. Hər şöbə, hər müavin öz işi ilə məşğuldur”, - L.Eyyubova bildirib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət