Dərc edildi: Baxış sayı: 683
Həbibi - Kainatın varlığından mənə sən şafi yetər
Kainatın varlığından mənə sən şafi yetər,
Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Nari-hicranın duxani zülmətini sürməgə,
Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər
Cani-miskin mari zülfi ağularsa, qəm degil,
Zərrəcə şirin ləbinin çünki tiryaki yetər.
Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi,
Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər.
Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif,
Noqlü şəmü səbzə abü saz ilə saqi yetər.
Biz bu bipavü sərü üftadə, dilrişin müdam,
Tutmağa əlində camı saidi-saqi yetər.
Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl,
Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət