Dərc edildi: Baxış sayı: 669
Həbibi - Görəldən zülfi-ənbərbarın, ey dust
Görəldən zülfi-ənbərbarın, ey dust,
Pərişandır bu diləfgarın, ey dust.
Yaşarduqca ləbi-ləlində xəttin,
Qızarır atəşi-rüxsarın, ey dust.
Nə şirin abu rəngü xalü xətdir,
Şu ziba surəti-pərgarın, ey dust.
Bu gün mahiyyəti sənsən həqiqət
Bu həftü pəncü nöhlə çarın, ey dust.
Əcəb afətdürür cani-cəhanə
O çeşmi-caduyi-əyyarın, ey dust.
Nə rövşən şəmsi-dinü mehri-cansan
Ki, tutdu aləmi ənvarın, ey dust.
Olubdur qərqi-ənvari-təcəlla
Həbibi görəli didarın, ey dust.
Yüzün mahin görən mehrinə baxmaz
O çərxi-atlasi-dəvvarın, ey dust.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət