Dərc edildi: Baxış sayı: 979
Həbibi - Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,
Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,
Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng,
Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,
İşi vəfa və könlü səfa, aşiqin sevən.
Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,
Dərdi-bəladən inciməsin aşiqəm deyən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət