Dərc edildi: Baxış sayı: 755
Həbibi - Dur, ey mürği-səhər, billah, ağaz et
Dur, ey mürği-səhər, billah, ağaz et,
Sərağazın odunu cangüdaz et.
Müxəyyər eylə üşşaqi nəvadə,
Sifahan yüzünü göstər, hicaz et.
K-o zəngüleylə mərğuli nigarın
Səri-zülfini tutub rudsaz et.
O gülrux qönçələbdən busə istə,
A bülbül, hər nəfəs nazü niyaz et.
Edərək busəligi eylə yürək,
Şu udü çəngü nayi pərdəsaz et.
Nigara, ayağından saçmı dər,
Qubar olmuş rüusi sərfəraz et.
Şu müşkin zülfinin çinini çözgil,
Bu miskin aşiqin ömrün diraz et.
Fəhmindir nöqteyi-mövhum,
Həbibi, Sən andan bir xəbər sor kəşfi-raz et.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət