Slimfit
  1. ƏDƏBİYYAT

Həbibi - Çin elindən çin səhər çün şol büti-ziba gəlür

Həbibi - Çin elindən çin səhər çün şol büti-ziba gəlür
Sakura

Həbibi - Çin elindən çin səhər çün şol büti-ziba gəlür

Çin elindən çin səhər çün şol büti-ziba gəlür,
K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.

Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,
Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür.

Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,
Rast et, billah, nəzər kim, müntəha bəla gəlür.

Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,
Taleimdə görünən bu surəyi-tənha gəlür.

Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,
Xatirim olur pərişan, başuma sevda gəlür.

Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,
Hüsn içində çünki, şol bimislü bihəmta gəlür.

Nərgisi-məxmurə din1 kim, taki xudbin olmasun,
Bağ içində seyr edə şol gözləri şəhla gəlür.

Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,
Eşiginə hər səhərgah bisərü bipa gəlür.

Al əlindən ayağı, qoy ayağında başuni,
Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür.

Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,
Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür.

Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədən
Zi səadət kim qulunu görməgə Mövla gəlür.

Çün Həbibi gördü bu gün dilbərin didarını,
Sanmanun1 könlünə ayruq qüsseyi-fərda gəlür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR