Slimfit
  1. BİOQRAFİYA

Həbibi

Həbibi
Sakura

Həbibi - Azərbaycan şairi

Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi təqribən 1470-1475-ci illərdə, Göyçay qəzasında indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur.

Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur.

Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.

Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.

 

Kitabları

 
  • Həbibi. Şeirlər. Bakı, "Şərq-Qərb", 2006. 88 səh.
  • Şerlər. Bakı: 1981.
  • Qəsidələr, qəzəllər. "Azərbaycan klassik əbədiyyatı kitabxanası". "20 cildə", C.3. Bakı: 1984.

 

Əsərləri

 

Qəsidələri

 

Qəzəlləri

 

Müsəddəsləri

 

Qitələri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR