Slimfit
  1. BİOQRAFİYA

Həbibə Allahverdiyeva

Həbibə Allahverdiyeva
Sakura

Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyul 1981, Naxçıvan) — Azərbaycan rəssamı, millət vəkili

Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyul 1981, Naxçıvan) — Azərbaycan rəssamı, millət vəkili

Həyatı

Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsinin Təsviri incəsənət ixtisasında, 2002-2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001-2005-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır.

Fəaliyyəti

2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

2012-ci ildə Vaqif Məmmədovun “Dənizə qar yağırdı” adlı şeirlər kitabına bədii tərtibat vermişdir.

2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır.

25 elmi məqalənin müəllifidir.

2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.

2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır. (3)

2018-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşunaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiyə etmişdir.

2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.

2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.

Fərdi sərgiləri

2002-ci ildə may ayında Naxçıvan Dövlət Universitetində sərgi salonunda.

2008-ci il 6 mart Naxçıvan Dövlət Universitetində sərgi salonunda Beynəlxalq Qadınlar gününə həsr olunmuş fərdi sərgi.

2011-ci il 18 noyabrda Naxçıvan MR B.Kəngərli adına sərgi salonu "Payız düşüncələri" adlı fərdi sərgi.

2017-ci il 8 may Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgi.

2017-ci il 2 iyun Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilən "Nuh yurdunun rəngləri" adlı fərdi sərgi.

Qarışıq sərgiləri

2002-ci ildən indiyədək Muxtar Respublikada keçirilən qarışıq sərgilərdə iştirak edir.

2000-ci il oktyabrında ABŞ, Ford Xatirə Kitabxanası.

2000-ci il oktyabrında ABŞ, Calumet.

2001-ci ildə ABŞ,Avrasiya Konfransı.

2001-ci il apreldə ABŞ, Şimal-Qərqi İndiana Dünya Ticarət Birliyi, "Perdue" Universiteti.

2001-ci il mayda ABŞ Təşəbbüskarlar Ticarət sərgisi.

2009-cu il Türkmənistan Respublikası.

2011-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda keçirilən Naxçıvan rəssamlarının sərgisi.

2012-ci il iyunda Türkiyə Respublikası Qars-Qafqaz Universiteti. Naxçıvan MR-da 2012, 2014, 2016, 2018-ci illərdə keçirilən "Naxçıvan-Bəşəriyyətin beşiyi" adlı Beynəlxalq rəsm festivalı.

2018-ci il Türkiyənin Muğla - Fetihe şəhərində keçirilən "Dənizlərimiz, rənglərimiz" adlı sualtı rəsm festivalında sualtında rəsm çəkən ilk azərbaycanlı qadın rəssam olmuşdur.

2019-cı il. Türkiyə. Muğla -Fetihede "Dənizlərimiz-Rənglərimiz" adlı II sualtı rəsm festivalında iştirak etmişdir.

2019-cu ildə Türkiyə Ərzurum şəhərində keçirilən qarışıq sərgidə iştirak etmişdir.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibəti ilə Türkiyənin Trabzon şəhərində keçerilən sərginin iştirakçısı olmuşdur.

Yaradıcılığında qrafika və rəngkarlığın mənzərə, portret, tematik şəkil, natürmort janrı yer almışdır.

2000-ci ildə Elbəyi Maqsudovun “Ürək bir dünyadır” ,2017-ci ildə “Poetik-praktik Azərbaycan dili” adlı şeirlər kitabına bədii tərtibat vermişdir.

2002-ci ildə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Bayram İsgəndərlinin "Xeyirxah kirpi" tamaşasının rəssamı olmuşdur.

İstinadlar:

Vaqif Məmmədov “Dənizə qar yağırdı”. Bakı: Şirvannəşr. 2012. 2.

 https://report.az/siyasi-xeberler/daxili-siyaset/naxcivan-ali-meclisine-secilen-deputatlarin-adlari-aciqlanib-si-yahi/

 http://www.aak.gov.az

 

Mənbə: ​Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb - SİYAHI

Mənbə: “Nuh yurdunun rəngləri”

Mənbə:

Mənbə: Rənglərdə zamanın təcəssümü

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR