Dərc edildi: Baxış sayı: 486
Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirtmək istəmir
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirtmək istəmir.
“Report”un məlumatına görə, 31 yaşlı rusiyalı idmançı bu barədə “TMZ Sports”a açıqlamasında bildirib. O, deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.
Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət