Slimfit
  1. TEXNOLOGİYA

Head Up Display gələcəyin texnologiyasıdır

Head Up Display gələcəyin texnologiyasıdır
Sakura

Head Up Display gələcəyin texnologiyasıdır

Daha əvvəl saytımızda avtomobil idarə edənlərin işini asanlaşdıracaq texnologiyalar barədə məqaləmizi sizə təqdim etmişdik. Və sizə bu cihazlardan ən möhtəşəmi olan “Heads Up Display” haqqında ətraflı məlumat verəcəyimizi də söyləmişdik. Bu gün TED.az sizə bu cihazın xüsusi əlamətləri, üstünlükləri və təqdim etdiyi rahatlıq imkanları barədə bütün xırdalıqları açıqlayacaq.

Maşından daha çox təyyarəyə aid bir qurğu təsiri bağışlayan bu texnologiyanın, yaxında bütün ailə avtomobillərinə təchiz ediləcəyi gözlənilir. İlk dəfə 1988-ci ildə “General Motors” tərəfindən təqdim edilən “HUD” texnologiyası hazırda “BMW”, “Mercedes-Benz” və “Audi” kimi markaların bəzi modellərində istifadə olunur. Bu cihaz sayəsində avtomobilin ön panelində olan məlumatlar ön şüşədə də əks olunur və siz gözünüzü yoldan ayırmadan bu məlumatları izləyə bilirsiniz. Bundan əlavə, görüntü parlaqlığı funksiyası sizə gecə-gündüz bu kiçik ekranı rahat görə bilməyinizə kömək edir. Bütün bunlar sizə komfortlu bir səyahət imkanı verir və diqqətsizlik nəticəsində yarana biləcək yol qəzalarının qarşısını alır. Bu sistem naviqator rolunu da oynaya bilir. Araşdırma şirkəti olan “HIS”in hesabatına görə, avtomobil şirkətləri təhlükəsizliyə daha çox əhəmiyyət verdikləri üçün “HUD”nin satışları artmışdır. Dünyada “HUD” quraşdırılmış nəqliyyat vasitələrindən keçənilki satış göstəricisi 1,2 milyondur.  2020-ci ildə isə bu rəqəmin 9,1 milyona çatacağı təxmin edilir.

Cihazın iş texnikası nədən ibarətdir? Əgər bu vasitənin GPS məlumatları ön ekrana proqnozlaşdırılarsa, sürət həddi, kor nöqtəli xəbərdarlıqlar kimi sürücülük məlumatları rahat və səmərəli şəkildə sürücüyə ötürülə bilər. Bundan əlavə, “HUD” texnologiyaları smartfonlarla birləşdirilə bilər ki, bu da sizə smslərinizi avtomobilinizin ekranından oxumaq, şinlərinizin təzyiqini görmək və ya cari yolun məlumatlarını görə bilmək kimi üstünlüklər verəcək.

Sürücüyə gözünü yoldan ayırmadan, həyati əhəmiyyətli məlumatları ala bilmək imkanı verən bu cihaz tez bir zamanda istifadəçinin vazkeçilməzinə çevrilib. “HUD” texnologiyasından istifadə edən avtomobillərin satış göstəricisinin ilin sonunda 1,3 milyon ədəd olacağı gözlənilir. 2012-ci ildə bu texnologiya ilə təchiz edilmiş avtomobillər ümumi avtomobil sayının yalnız 2% təşkil edirdisə, 2020-ci ildə bu rəqəmin 9%-ə çatacağı ehtimalı var.

İstehsalçılar bu texnologiyalara uyğun olan ön şüşəsiz istehsal etmək əvəzinə, sistemi inteqrasiya edilə bilən panellərlə təqdim etməyi daha rahat bir yol hesab edirlər. Bununla da texnologiyanın geniş yayılacağını proqnozlaşdırırlar. Bu cür tənzimlənən panellər “Peugeot 5008” və “3008” kimi avtomobil modellərində artıq tətbiq edilmişdir. Tezliklə C seqmentindəki kiçik ailə avtomobillərində də “HUD” texnologiyasından istifadə ediləcək. Hətta “Garmin” kimi markalar artıq öz portativ “Head Up Display”lərini də istehsal ediblər.

“HUD” sisteminin quraşdırılması üçün nəqliyyat vasitələrində bir hologramik aynadan və bir kameradan istifadə olunur. Bunların vasitəsilə məlumatlar kapotun üstündəki şüşədə əks olunur. Beləliklə, ön şüşənin bir hissəsi xüsusi ekrana çevrilir. Bununla birlikdə, display, sürücünün baxış bucağı məhdudlaşdırılmayacaq şəkildə tənzimlənir. Təsvirin parlaqlığını tənzimləyən sistem isə günəşli və ya tutqun hava şəraitində görüntü keyfiyyətinin pozulmamasını təmin edir.

“Heads Up Display” sürücüyə avtomobil idarə etməyə kömək edən bir çox əsas məlumatları əks etdirir. Ekranda əks olunan sürət həddi göstəricisi, sürətiniz çoxaldıqda sizi xəbərdar edir. Cihaz, həm də izləmə məsafənizi düzgün təyin etmək üçün önünüzdəki nəqliyyat vasitəsi ilə aranızdakı məsafəni ölçməyə xidmət edir. Məsafə yaxın olduqda və zolaqdan çıxdığınız zaman cihaz sizə xəbərdarlıq göndərir. Qurğular panelindəki əsas məlumatlardan biri olan yanacaq miqdarının göstəricisi də ön şüşədə əks olunur. 

Qeyd etdiyimiz kimi bu sistem bəzi markalarda avadanlıqların standart paketində təqdim edilir. Təbii ki, bu zaman əlavə ödəniş etməyə ehtiyac yoxdur. Bununla yanaşı, sistem istənilən nəqliyyat vasitəsinə quraşdırıla bilər. İstədiyiniz “HUD”i İnternetdən və ya səlahiyyətli dilerlərdən almaq mümkündür. Cihazın qiyməti istehsalçısında asılı olaraq, 100 dollardan 500 dollara kimi dəyişir. Hazırda bir çox şirkət “HUD” üzərində işləyir və öz texnologiyasını inkişaf etdirir. Bunlardan “Continental”, “Navdy”, “Garmin”, “BMW” və “Pioneer NavGate”in adını çəkmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR