Slimfit
  1. CƏMİYYƏT

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
Sakura

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Məlum olduğu kimi, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilib. Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsinin təsdiqi müzakirələrə səbəb olub.

Ens.az “Bizim.media”ya istinadən xəbər verir ki, müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilməsi məsələsidir.

Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?

Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək: “Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, Prezident qanunu imzalayandan sonra qüvvəyə minir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR