Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Haymoritin əlamətləri

Haymoritin əlamətləri
Sakura

Haymoritin əlamətləri

İnsan burnunda sağ və sol tərəfdə dörd burunətrafı cib var. Onlardan birinin adı haymor boşluğudur. Həmin boşluğun iltihabı haymorit adlanır. Haymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də haymoritin əlamətləri müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahı Murad Şıxəliyev məlumat verib. O deyib: “Haymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan haymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR