Slimfit
  1. CƏMİYYƏT

Havaya görə sığınacaqlara müraciətlər artıb? - RƏSMİ AÇIQLAMA

Havaya görə sığınacaqlara müraciətlər artıb? - RƏSMİ AÇIQLAMA
Sakura

Havaya görə sığınacaqlara müraciətlər artıb? - RƏSMİ AÇIQLAMA

Hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciətlərdə artım müşahidə edilməyib.

Ens.az-ın məlumatına əsasən,bu barədə Trend-in sorğusuna cavab olaraq SXA-dan bildirilib.

Qeyd edilib ki, nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.

"Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir.

Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir. 2023-cü ildə Agentlik tərəfindən bu kateqoriyadan olan 89 şəxs müvafiq xidmətlərə cəlb edilib.

Hava şəraiti ilə əlaqədar müraciətlərdə artım müşahidə edilməyib. Hazırda Müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində 51 nəfərə xidmət göstərilir.

Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.

Sığınacağa qəbul edilənlərin hər birinin vəziyyəti nəzarətdə saxlanılır, onlarla fərdi iş aparılır, daha sonra isə həmin şəxslər cəmiyyətə reinteqrasiya edilirlər", - qurumdan bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR