Havanın pisləşməsi mobil şəbəkəyə təsir edirmi?
Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir.
Trend-in məlumatına görə, bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib.
Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".
N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.
O vurğulayıb ki, bu problemin qarşısının alınması üçün şirkət tərəfindəm 3G əhatə dairəsinin artırılması ilə bağlı işlər həyata keçirilib: "20-30 kilometrlik əhatə dairəsi olan bir baza rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Biz tikinti və genişləndirmə zamanı yüksək keyfiyyətli avadanlıqdan istifadə edirik. Bu gün artıq demək olar ki, biz şəbəkənin əhatə səviyyəsinə görə yüksək göstəricilər əldə etmişik".
Mənbə: Day.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət