Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Havanın kəskin dəyişilməsi zamanı tövsiyələr

Havanın kəskin dəyişilməsi zamanı tövsiyələr
Sakura

Havanın kəskin dəyişilməsi zamanı tövsiyələr

Havanın kəskin dəyişilməsi, maqnit qasırğalar bir çox insanların səhhətinə və əhval-ruhiyyəsinə mənfi təsir edir. Buna meteohəssaslıq deyilir.

Meteohəssaslıq bu və ya digər formada, demək olar, hər bir insanda var. Meteohəssaslığın yüngül formalarında insan yorğunluq, yüngül baş ağrısı, əhvalın dəyişilməsi hiss edə bilər. Ağır formalarda isə güclü baş ağrıları, təzyiqin kəskin yüksəlməsi, ürək tutması kimi simptomlar meydana çıxır.

Havanın kəskin dəyişilməsi səhhətinizə daha az təsir etsin deyə, həkimlərin tövsiyələrinə əməl edin:

1. Fiziki və emosional gərginlikləri azaldın - daha az işləyin, daha çox dincəlməyə çalışın.

2. Həddindən artıq yeməyin. Qidalar yüngül olmalıdır - meyvə-tərəvəz, süd məhsulları, yağsız ət, sıyıqlar.

3. Spirtli içkiləri içməyin, daha az siqaret çəkin.

4. Mümkün qədər çox yatın. Havanın kəskin dəyişilməsi zamanı yuxu meteohəssas insanlar üçün əsl "dərmandır".

5. Müasir insanın əsas stress-faktorları olan televizor, internet, sosial şəbəkələrdən uzaq durun.

6. Bitki çayları (çobanyastığı, itburnu, melissa), yaşıl çay için.

7. Sizdə hipertoniya və (və ya) ürək xəstəlikləri varsa, səhhətinizə qarşı daha diqqətli olun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR