Slimfit
  1. CƏMİYYƏT

Havanı çirkləndirən metaləritmə sexi cərimələndi

Havanı çirkləndirən metaləritmə sexi cərimələndi
Sakura

Havanı çirkləndirən metaləritmə sexi cərimələndi

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən Az Lead MMC-yə məxsus metaləritmə zavodundan atmosferə tullantılar atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, şikayət əsasında araşdırma və monitorinq keçirilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR