Slimfit
  1. MEDİA

Havalar isinəndə koronavirus öləcək iddialarına cavab - Bizdə yay olanda digər yarımkürədə qış olacaq

Havalar isinəndə koronavirus öləcək iddialarına cavab - Bizdə yay olanda digər yarımkürədə qış olacaq
Sakura

Havalar isinəndə koronavirus öləcək iddialarına cavab - Bizdə yay olanda digər yarımkürədə qış olacaq

Bu günlər hər kəsin ürəyində balaca da olsa bir ümid var. Yayın gəlişi ilə virus öləcək, ən azından indiki kimi təsirli olmayacaq. Lakin Afrika , Avstraliya, Ərəbistan kimi isti ölkələrdə də virusa yoluxma faktlarının qeydə alınması şübhələr yaradır.İnsanların bu sualının cavabını mütəxəssislər cavablandırır.

 

Bizimyol.info təqdim edir.

Türkiyəli professor Tefik Özlü hesab edir ki, virusun yayda məhv olması tam dəqiq deyil. SARS və MERS kimi viruslar yayda məhv oldu amma bunu koronabarədə söyləmək hələ tezdir. Türkiyə Korona Bilim Kurulunun əməkdaşı professor Atəş Kara isə hesab edir ki, isti havaların gəlişi ilə virus tam ölməsə də təsir dairəsi azalacaq, zəifləyəcək.

“Koronavirus günəş işığının təsirinə məruz qalır. Açığı ümidlərimiz bu yöndədir.Günəş və isti tək faktor deyil. Nəm də önəmli amillərdəndir. İstilərin başlaması ilə virusun aktivləşməsi azala bilər.Tamamilə dura blər demirəm, amma bulaşıcılığı azalacaq. Bu virus SARS virusuna çox bənzəyir. Çox ümid edirik ki, isti havalarda o da SARS kimi xüsusiyyət sərgiləyəcək”,- deyə alim qeyd edib.

Kliniki Mikrobiologiya uzmanı doktor Umut Savaşçı da isti havaların virusu tam məhv edəcəyinə əminlik bildirmir. “Hər şey virusun davranışından asılıdır, biz də ona görə bir yol tutacağıq.Afrikada görünmə sayı şimal ölkələrindən az saydadır. Bizim ölkəmizə yay gələndə dünyanın digər yarımkürəsində qış olacaq.Buna görə faktların azalmama riski də var”,- deyə o,”Yeni Şafak” qəzetinə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR