Dərc edildi: Baxış sayı: 278
Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər - RƏSMİ AÇIQLAMA
Heydər Əliyev Beynəlxalq Hava Limanında baqaj üçün 62 kiloqramlıq yükün qiymətinin 986 manat olduğu bildirilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, vətəndaş bu qiymətdən narazıdır və süni şəkildə şişirildiyini iddia edir.
Məsələ ilə bağlı məlumat almaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, videoda əks olunan sərnişinlər "Utair" aviaşirkəti ilə uçuş həyata keçiriblər:
"Baqajın daşınması ilə bağlı şərtlər isə "Utair" aviaşirkətinin qaydalarına əsaslanır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət