Slimfit
  1. HƏRB

Hava döyüşü süni intellektə həvalə olunacaq

Hava döyüşü süni intellektə həvalə olunacaq
Sakura

Hava döyüşü süni intellektə həvalə olunacaq

Ens.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Perspektivli Hərbi Mühəndislik İdarəsi (DARPA) təyyarəni tam idarə edə və hava döyüşü apara biləcək süni intellekt sistemi ilə maraqlanıb.

Süni intellekt sisteminin hazırlanması proqramı Air Combat Evolution - “hava döyüşünün təkamülü” adını alacaq. Sirr deyil ki, havada hərbi əməliyyatlar pilotlardan yüksək konsentrasiya tələb edir və çox risklidir: qırıcı təyyarə pilotları heç bir yüksək yüklənməyə baxmayaraq idarə edir. Yükün bir qismini insandan komptüerə ötürmək üçün ACE proqramı icad edilmişdir.

Hərbçilər güman edir ki, süni intellekt sistemi daha böyük döyüş tapşırıqlarında taktiki qərarlar vermək imkanını saxlamaqla hava döyüşünü pilotdan daha effektiv və sürətli apara biləcək. Sistem hərbi təyyarənin idarəetməsini öz üzərinə götürməyi və yaxın məsafədən manevrli hava döyüşünü aparmağı bacarır. Buna baxmayaraq onlar hazırlanmalı və əvvəlcə sadə manevrləri, sonra isə yüksək pilotaj fiqurlarını qavramalıdır.

Yeni sistemin sınaqları iki mərhələdə aparılacaq: əvvəlcə süni intellekt hərəkətlərinin təcrübəli təlimçilər tərəfindən qiymətləndiriləcəyi virtual hava döyüşündə iştirak edəcək, sonra alqoritmi göyə - ustalığını kiçik pilotsuz uçan aparatlarla nümayiş etdirmək üçün buraxılacaq. Gələcəkdə sistem hərbi pilotsuz təyyarələrin idarəetməsini qavramalıdır. Proqram 17 may 2019-cu il tarixdə başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR