Dərc edildi: Baxış sayı: 495
Hasan Şaş 'Qalatasaray'la yollarını ayırdı
Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş istefa verib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb.
Qeyd edək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.
Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət