Slimfit
  1. DÜNYA

Harvardın prezidenti istefa verdi

Harvardın prezidenti istefa verdi
Sakura

Harvardın prezidenti istefa verdi

ABŞ-nin nüfuzlu Harvard Universitetinin prezidenti Klaudin Qay tutduğu vəzifədən istefa verib.

Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,  bu barədə “Reuters” Qayın Harvard ictimaiyyətinə yazdığı məktuba istinadən məlumat yayıb.

Bildirilib ki, onun istefası ABŞ konqresmenlərinin Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra akademik ictimaiyyətdə antisemitizm alovlarına qarşı mübarizə aparmamaqda ittihamları fonunda baş verib.

Harvardın prezidenti mesajında ​​istefa qərarının inanılmaz dərəcədə çətin olduğunu bildirib:

“Harvard Korporasiyasının (universitetin rəhbər orqanlarından biri – red.) üzvləri ilə məsləhətləşmələrdən sonra məlum oldu ki, mənim istefa verməyim Harvardın maraqlarına uyğundur ki, cəmiyyətimiz bu son dərəcə çətin məqamın öhdəsindən gələ bilsin”.

Harvard Korporasiyası 11 üzvünün hamısının Qayın istefasını təəssüflə qəbul etdiyini və Provost Alan Qarberin müvəqqəti prezident vəzifəsini icra edəcəyini bəyan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR